"Səudiyyə Ərəbistanı liqası yaxın iki ildə dünyanın ən yaxşılarından olacaq"

"Roma"da icarə əsasında çıxış edən " Çelsi"nin hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanı çempionatının perspektivlərindən danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı oyunçu deyib:

“Düşünürəm ki, yaxın iki ildə Səudiyyə Ərəbistanı Pro Liqası dünyanın ən yaxşılarından biri olacaq. Bütün Səudiyyə klubları məşhur futbolçuları buraya cəlb etmək üçün çox səy göstərir. Onlar əhəmiyyətli dərəcədə yaxşılaşır. Onların çempionatının dünyanın ən yaxşısı olmaq üçün hər cür şansı var”.

Bu mövsüm Lukaku "Roma"nın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 15 qol vurub və 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right