MLS-in startı boykota görə təhlükə altındadı

MLS mövsümünün başlaması təhlükə altındadı. Newsport.az xəbər verir ki, buna səbəb hakimlərin mümkün boykotudu.

Peşəkar Hakimlər Təşkilatı (PRO) və Peşəkar Futbol Hakimləri Assosiasiyası (PSRA) yeni kollektiv müqavilə ilə bağlı razılığa gələ bilməyib. MLS hakimlərini təmsil edən Həmkarlar İttifaqı yanvarın 31-dək PRO ilə yeni əmək müqaviləsi olmadıqda tətilə yekdilliklə səs verib.

Gözlənilən tətillərin əsas səbəbi aşağı gəlirlərdi. Qeyd olunur ki, PRO maaşların çox cüzi, lakin artırılacağı təklifini təqdim edib.

Qeyd olunur ki, yeni mövsümə qədər münaqişəni həll etmək mümkün olmasa, MLS-in boykot ediləcəyi təqdirdə hakimləri başqa ölkələrdən olan referilər əvəz edə bilər. MLS-də yeni mövsümün startı fevralın 22-nə təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right