Terimin Yunanıstanda ilk məğlubiyyəti

Yunanıstan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

Farih Terimin baş məşqçisi olduğu “Panatinaikos” evdə “Atromitos”la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Terimin rəhbərliyi altında Yunanıstan təmsilçi ilk dəfə məğlub olub. Bu komandalar arasında cavab görüşü yanvarın 31-i keçiriləcək.

Qeyd edək ki, türkiyəli mütəxəssis ötən il dekabrın 26-da “Panatinaikos”un baş məşqçisi təyin olunub.  Onun rəhbərliyi altında komanda 8 oyuna çıxıb, 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right