"Barselona" İspaniya kubokunda 1/4 final oyuna çıxıb.
Newsport.az xəbər verir ki, komanda səfərdə "Atletik" ilə qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılıb. Bu vaxt "Atletik" daha 2 qol vurmağı bacarıb. Matç Kataloniya təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da Xavinin baş məşqçisi olduğu komanda turnirlə vidalaşıb.
"Barselona" yanvarın 14-də İspaniya Superkubokunda "Real"a uduzaraq (1:4) titulu əldən vermişdi. Komandanın ölkə daxilində yalnız La Liqanı qazanmaq şansı qalır.