"Yuventus"un hücumçusu "Atletiko"da

"Yuventus"un hücumçusu Moyze Kin karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, Turin təmsilçisi 23 yaşlı forvardı "Atletiko"ya icarəyə verib. Bu barədə Fabritsio Romano məlumat yayıb.

İtaliya millisinin üzvü 2023/2024 mövsümünün ikinci yarısını Madrid təmsilçisində keçirəcək. "Atletiko" forvard üçün İtaliya klubuna 500 min avro icarə haqqı ödəyəcək.

Qeyd edək ki, Moyze Kin bu mövsüm "Yuventus"un heyətində 12 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right