Ərəblərin sərvət təklifini rədd etdi

Matteo Politano “Napoli”dəki karyerasını davam etdirəcək. Newsport.az xəbər verir ki, bir çox ulduz futbolçudan fərqli olaraq, yarımmüdafiəçi Səudiyyə Ərəbistanına köçməkdən imtina edib.

O, “Əl-Şabab” klubunun təklifini müsbət cavablandırmayıb. Halbuki ərəblər 30 yaşlı hücumameyilli oyunçuya ildə 24 milyon avro olmaqla 3 illik müqavilə təklif edib. İtaliya millisinin üzvü tezliklə Neapol təmsilçisi ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə bağlayacaq. Politanonun illik maaşı 3,4 milyon avro olacaq.

Qeyd edək ki, Matteo Politano “Napoli”yə 2020-ci ildə “İnter”dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right