Deşam Makronun arvadına cavab verdi

Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Didye Deşam ölkə prezidenti Emanuel Makronun həyat yoldaşı Bricitə cavab verib.

“Reyms” komandasında çox yaxşı futbol oynayan yapon var. Onun adı İtodur. Çox əla oynayır. Biz onu milliyə dəvət etməliyik, Didye! Niyə onu çağırmırsınız?” – deyə Bricit Makronun sözlərini “Portail Free” dərc edib.

“Çünki, o yapondur”, – Deşam cavab verib.

Qeyd edək ki, Cunya İto 23 yaşlı yapon futbolçudur. O, Yaponiya milli komandasının heyətində 51 oyun keçirib. Bu isə avtomatik olaraq İtonu Fransa millisində oynamaq imkanından məhrum edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right