Polşanın iddialı klubu Musanı heyətinə qatmağı planlaşdırır

Azərbaycan milli komandasının və “Yurqorden”in forvardı Musa Qurbanlı Polşa klubunun transfer siyahısına daxil olub.

Newsport.az saytına verilən məlumata görə, Polşa yüksək liqasında mübarizə aparan “Yagelloniya” Qurbanlını izləyir. Belostok təmsilçisi Musa üçün “Yurqorden”ə müraciət edəcək.

Bu mövsüm Polşa liqasında çempionluğa oynayan və hazırda ikinci yerdə qərarlaşan “Yagelloniya” qışda alınmasa da, ən pis halda, azərbaycanlının transferini yayda reallaşdırmağı düşünür. 

Qeyd edək ki, millimizin forvardı 2023-cü il iyulun 7-də “Yurqorden”ə keçib. O, 2026-cı il iyunun 30-na qədər İsveç klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right