"Real" Militao ilə müqaviləni uzatdı

"Real" müdafiəçisi Eder Militao ilə yeni müqavilə imzalayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə müqaviləninin müddəti 2028-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, E.Militao 2019-cu ildə “Portu”dan Madrid təmsilçisinə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 143 matçda iştirak edib, 11 qol vurub və 5 qolun ötürməsini verib.

Xatırladaq ki, 28 yaşlı futbolçu bu mövsümün əvvəlində keçirdiyi çarpaz bağın qopmasından sonra hazırda reabilitasiya mərhələsindədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right