"Liverpul"un futbolçusu zədəsini sağaltdı

"Liverpul"un futbolçusu Endryu Robertson zədəsini sağaldıb.

Newsport.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçi köməkçisi Pep Leynders danışıb. O, 29 yaşlı müdafiəçinin artıq komanda ilə məşqlərə başladığını qeyd edib: 

“Endryu dünən komanda ilə məşq etdi. 13 həftə kənarda qalmışdı. Əlbəttə ki, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün cərrahla görüş keçirilib”.

Robertson yanvarın 24-də, ölkə kubokunun yarımfinal mərhələsinin "Fulhem"ə qarşı cavab matçında oynamağa hazır olacaq 

Xatırladaq ki, şotlandiyalı futbolçu oktyabr ayından milli komandanın heyətində zədələnmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right