Qələbə sevinci zamanı 6 azarkeş öldü

Qvineya yığmasının Afrika Millətlər Kubokunda Qambiya üzərində 1:0 hesablı qələbəsi zamanı bunu bayram edən 6 nəfər həlak olub. Newsport.az xəbər verir ki, bunu Qvineya Futbol Federasiyasının nümayəndəsi Amadu Makadji açıqlayıb:

“Əsas odu, azarkeşlərimiz uğurlarını sülh içində qeyd etsinlər. Özlərini təhlükəyə atmamaq üçün çox diqqətli olmalıdılar. Çünki futbolun məqsədi ailələrə kədər deyil, sevinc gətirməkdi. Biz daha çox ölüm üçün yas tutmaq istəmirik”.

Qvineyanın paytaxtı Konakridə yaşayan vətəndaşlar motosiklet və avtomobillərdə şəhər küçələrinə çıxaraq komandanın qələbəsini qeyd etmək qərarına gəliblər. İki avtomobilin yüksək sürətlə toqquşması nəticəsində 3 nəfər ölüb, qalanları isə digər qəzalarda xəsarət alıb.

Qeyd edək ki, Qvineya yığması Afrika Millətlər Kubokunun qrup mərhələsində keçirdiyi iki iki oyunda 4 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right