Məşhur futbolçu Səudiyyə Ərəbistanı klubuna keçir

"Nyukasl"ın yarımmüdafiəçisi Migel Almiron karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, paraqvaylı futbolçunun "Əl-Şabab"a keçəcəyi gözlənilir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

29 yaşlı vingerin transferi ilə bağlı klublar arasında razılıq əldə olunub. Yaxın günlərdə keçidin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, "Nyulasl" Migel Almironu 2019-cu ilin yanvar ayında ABŞ-nin "Atlanta" klubundan transfer edib. Paraqvay millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right