“Benfika” daha bir argentnalı transfer etdi

Benjamin Rolxeyser “Benfika”ya keçib.  23 yaşlı argentnalı Lissabon klubunda icarə əsasında çıxış edəcək.

Newsport.az xəbər verir ki, “Estudiantes”in üzvü mövsümün sonuna kimi Argentina klubuna məxsus olacaq. Amma Rolxeyser Portuqaliyadan ayrılmayacaq. Anlaşmaya görə, “Benfika” yayda 9,5 milyon avro ödəyərək onu birdəfəlik heyətinə qatacaq.

“River Pleyt” yetirməsi ilk dəfə ölkəsini tərk edir. O, Argentinanın ən ümidverici gənclərindən sayılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right