Klopp: “Mən dahi deyiləm"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqadakı çempionluq mübarizəsindən danışıb.

Newsport.az “Sky Sports”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hazırda turnir cədvəlinə liderlik etməklərinin mövsümün sonunda çempion olacaqları anlamına gəlmədiyini deyib: 

“Mən dahi deyiləm. Dörd aydan sonra nə olacağını deyə bilmərəm. Mən yalnız ən yaxşı həllər və ideyaları tapmağa çalışıram. Bəzən bu, işə yarayır, bəzən hər şey dəyişir. Ancaq indiki komanda haqqında yalnız yaxşı sözlər deyə bilərəm. Biz düzgün istiqamətdə hərəkət etməliyik.

İnsanlar bunun çempion ola biləcəyimiz anlamına gəldiyini düşünür. Hələ ki, belə deyil. Amma heç kimin rəqib olmaq istəmədiyi komandamız var. Hələ böyük addımlar atmalıyıq”.  

Qeyd edək ki, “Liverpul” Premyer Liqada 21 oyuna 48 xal toplayıb. İkinci yerdə “Mançester Siti” (43 xal), 3-cü pillədə isə “Arsenal”dır(43).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right