Meksika millisinin sabiq kapitanı Andres Quardado “Betis”i tərk edib.
Newsport.az-ın məlumatına görə, 37 yaşlı futbolçu vətəninə qayıdıb. O, Meksikanın “Leon” klubu ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
2005-2022-ci illərdə Meksika millisində 179 oyun keçirib, 28 qol vuran Quardado 2017-2024-cü illərdə “Betis”in formasını geyinib.
O, “Deportivo”, “Valensiya”, “Bayer”(Leverkuzen), PSV klublarında da oynayıb.