"Qalatasaray" müdafiəçisi ilə yollarını ayırdı

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, "sarı-qırmızılar" Kristian Luyindama ilə yollarını ayırıb. Bununla bağlı türkiyə Futbol Federasiyasına (TFF) məlumat verilib.

İstanbul təmsilçisi konqolu mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilb.

Qeyd edək ki, "Qalatasaray" Kristian Luyindamanı 2019-cu ilin yanvar ayında Belçikanın "Standard" klubundan transfer etmişdi. 29 yaşlı futbolçu bu mövsüm komandanın heyətində rəsmi matçlarda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right