Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Napoli"yə rəhbərlik edə bilər.
Newsport.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. Mütəxəssisin meneceri Xorxe Mendeşin mümkün təyinat ilə bağlı “Napoli”nin prezidenti Aurelio De Laurentis ilə əlaqə saxlayıb. Tərəflər arasında gedən danışığın təfərrüatları hələlik məlum deyil.
Xatırladaq ki, Mourinyonun son klubu “Roma” olub. O, 3 gün əvvəl istefaya göndərilib. "Napoli"nin hazırkı baş məşqçisi isə Valter Madzarridir.