"Kocaelispor" Ramil Şeydayev üçün nə qədər ödəyib?

“Kocaelispor”un azərbaycanlı forvardı Ramil Şeydayevin transferinə görə "Buriram Yunayted”ə ödədiyi təzminatın məbləği açıqlanıb.

Newsport.az-ın məlumatına görə,  Türkiyə klubu Azərbaycan milli komandasının futbolçusu üçün 800 min avro (təxminən 1,5 milyon manat) ödəyib.

Ramil dünən “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb. 

27 yaşlı futbolçu “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva) komandalarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right