Premyer Liqa klubunun futbolçusu “Napoli”də

“Napoli” “Bornmut”un yarımmüdafiəçisi Hamed Traoreni heyətinə qatıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında Neapol təmsilçisində çıxış edəcək. Yayda “Napoli” futbolçunu 25 milyon avroya almaq hüququna malik olacaq.

Traore bu mövsüm ümumilikdə 6 oyuna çıxıb və 1 qol vurub. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right