Mumbanya Marseldə

Qış transfer pəncərəsinin fəallarından olan Marsel “Olimpik”i heyətinə yeni futbolçu qatıb. Renan Lodini “Əl Hilal”a satan fransızlar əldə edilən pulu yeni oyunçulara sərf edir.

Newsport.az xəbər verir ki, Faris Mumbanyanın transferi artıq reallaşıb. “Olimpik” 23 yaşlı hücumçu üçün “Bude Qlimt”e 8 milyon avro ödəyəcək.

Norveç klubu cəmi bir il öncə 350 min avroya transfer etdiyi kamerunlunun növbəti satışlarından da paya sahib olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right