Futbol üzrə Yunanıstan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Newsport.az xəbər verir ki, Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" səfərdə "Olimpiakos"un qonağı olub. Yunanıstan derbisinin əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.
İlk matçda 1:1 hesablı bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq olan "Panatinaikos" adını 1/4 finala yazdırıb.