“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanında təhdidlər alır.
Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, bu barədə forvardın vəkili Haqes Vicyer danışıb.
O, ötən gün Benzemanın Fransanın daxili işlər naziri Cerald Darmanini məhkəməyə verdiyini söyləmişdi. Buna səbəb Dermaninin Benzemanı terror təşkilatları ilə əlaqədə olmaqda günahlandırması idi. Hücumçu artıq daxili işlər nazirini məhkəməyə verdiyi üçün Səudiyyə Ərəbistanında təhdid olunmağa başlayıb.
Vicyer deyib: “Nazirin açıqlamalarının ciddi nəticələri var. Kərim Benzema təhdidlər alır. O, nifrət mesajları alır”.
Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib. Bu mövsüm futbolçu "Əl-İttihad"ın heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.