"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubundakı gələcəyindən danışıb.
Newsport.az sport.es-ə istinadən xəbər verir ki, mütəxəssis deyib:
“Oyunçular məni dəstəkləməyi dayandıran gün əşyalarımı yığıb evə gedəcəyəm. Finalda, “Real”la matçda məğlubiyyətlər ağrı və təzyiq yaradır. Amma komanda güclüdür, oyunçular bizə inanırlar. Düzdür, çox zəif oynadıq, lakin biz ötən mövsümün uğurunu təkrarlamaq istəyirik”.
Bundan əvvəl Xavinin "Real"la İspaniya Superkubokunun finalında "Real"a (1:4) məğlubiyyətdən sonra "Barselona"dan qovulacağına dair məlumatlar yayılmışdı.
Hazırda "Barselona" İspaniya çempionatında 41 xalla 3-cü yeri tutur.