Henderson "Ayaks"a keçir

Səudiyyə Ərəbistanının "Əl İttifaq" klubunun futbolçusu Cordan Henderson "Ayaks"a keçməyə yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə "The "Atletic" məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçinin həftənin sonuna qədər yeni klubunda tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, Səudiyyə klubunun baş məşqçisi "Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrarddır. O, ötən ilin yayında keçmiş komanda yoldaşını öz yanına aparmışdı. Henderson Səudiyyə "Əl İttifaq"da 19 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right