"Bavariya" və PSJ-nin transfer hədəfi klubunda qalacaq

"Lans" və Avstriya millisinin mərkəz müdafiəçisi Kevin Danso ən azı mövsümün sonuna qədər hazırkı klubunda qalacaq.

Newsport.az "Get French Football News" portalına istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi “Bavariya” və PSJ-nin marağına baxmayaraq, müdafiənin liderini iyun ayına qədər satmamaq qərarına gəlib. 

26 yaşlı avstriyalıya İngiltərə Premyer Liqasının klubları da iddialıdır.

Danso 2021-ci ildən “Lans”da oynayır. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 22 oyun keçirib. Onun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right