Messinin ən yaxşı seçilməsini ədalətsizlik hesab edir

"İnter Mayami"nin hücumçusu FIFA tərəfindən ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatına layiq görülüb.

Newsport.az xəbər verir ki, İspaniya millisinin və "Real"ın sabiq qapıçısı İker Kasilyas argentinalı hücumçunun mükafata layiq olmadığını bildirib. Veteran qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Gözəl mükafatlar yaradırsınız. Amma ədalətli davranmayaraq mükafatı əlimizdən alırsınız. Bu, daha çox zarafata bənzəyir. Nəisə, gecəniz xeyrə".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right