UEFA 2024/25 mövsümü Avropa kubokları yarışlarının təqvimini təsdiq edib.
Newsport.az qurumun saytına istinadən xəbər verir ki, iyunun 18-də Çempionlar Liqası, yenidən bərpa olunan Avropa Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinin, iyunun 19-da isə həmin turnirlərin ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları 9/10 iyulda, Avropa Liqası və Konfrans Liqasında 11 iyulda, cavab matçları ÇL-də 16/17 iyul, AL və KL-də isə 18 iyulda təşkil olunacaq.
Yarışların qrup mərhələləri isə Çempionlar Liqası və Avropa Liqasında sentyabrda, Konfrans Liqasında isə oktyabrda başlanacaq.
ÇL-də ilk turun oyunları 17-19 sentyabrda, AL-də 25/26 sentyabr, KL-də isə 3 oktyabrda keçiriləcək.
Xatırladaq ki, 2024/25 mövsümündən hər üç turnir yeni formatda keçiriləcək.