Anri Messinin mükafatını götürdü, zarafatından qalmadı

FİFA “The Best” mükafatlandırma mərasiminin aparıcısı Tyerri Anri 2023-cü ilin ən yaxşı oyunçusu mükafatını sahibi Lionel Messinin adından alıb.

Newsport.az xəbər verir ki, Anri Messinin adına olan mükafatı götürərkən zarafat da edib:

“Mən bu mükafatı qəbul etməkdən məmnunam. Çünki daha əvvəl heç vaxt bunu qazanmamışam”.

“İnter Mayami”də çıxış edən argentinalı futbolçunun özü mükafatlandırma mərasimini buraxıb.

Messi mükafatın finalçılarını – “Mançester Siti”nin hücumçusu Erlinq Haland və PSJ-nin forvardı Kilian Mbappeni geridə qoyub. O, karyerasında üçüncü dəfə “The Best” mükafatını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right