"Fənərbaxça" yayda transfer etdiyi hücumçunu icarəyə verdi

"Fənərbaxça" hücumçusu Umut Nayırı icarəyə verib.

Newsport.az xəbər verir ki, "sarı-lacivərtlilər" 30 yaşlı futbolçunu "Pendikspor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü mövsümün ikinci yarısını icarə əsasında "Pendikspor"da keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Umut Nayırı mövsümün əvvəlində "Eyüpspor"dan transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right