"Beşiktaş" fransalı müdafiəçini icarəyə verdi

"Beşiktaş"ın müdafiəçisi Valentin Rozyer karyerasını Fransad davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 27 yaşlı futbolçunu "Nitsa"ya icarəyə verib. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Fransalı sağ cinah müdafiəçisi 2023/2024 mövsümünün ikinci yarısını Liqa 1 təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Beşiktaş" rəhbərliyinin qərarı ilə Valentin Rozyer əsas komandadan uzaqlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right