İranın qadınlardan (kişilərdən) ibarət milli komandasında növbəti şokedici olay yaşanıb.
Newsport.az-ın məlumatına görə, gəzən söz-söhbətlərin ardından İran Futbol Federasiyasının sözcüsü Modtabi Şərifi qadınlardan ibarət milli komandanın 8 üzvünün kişi olduğunu təsdiqləyib. Ancaq şərifi futbolçuların adlarının açıqlanmayacağını bildirib.
Ölkədə olay yaradan məsələnin ardından hərəkətə keçən İran Futbol Federasiyası, komandanın bütün futbolçularının testdən keçirilməsi əmrini verib.
Qeyd edək ki, İranın qadınlardan ibarət milli komandası ötən ildə də bu olayla gündəmə gəlmişdi. Belə ki, İngiltərə mediası İranın qadın millsinin 4 üzvünün kişi olduğunu iddia etmişdi.
Qeyd edək ki, İranda 1979-cu ildən cinsiyyət dəyişdirilməsi əməliyyatına icazə verilir.