"Kocaelispor"a transferi gözlənilən Ramil Taylanda yollandı

Türkiyənin “Kocaelispor” klubuna keçidi gündəmdə olan Ramil Şeydayev Taylandda yollanıb.

Newsport.az saytına verilən məlumata görə, millimizin üzvünün bu ölkəyə yollanmasının səbəbi “Buriram Yunayted”lə danışıq aparmasıdır.

Belə ki, Şeydayev bu klubla müqaviləsinə qarşılıqlı xitam verilməsinə çalışacaq. Bu baş verdikdən sonra Türkiyəyə yollanacaq Ramil “Kocaelispor”la rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, azərbaycanlı futbolçunun “Buriram Yunayted”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right