"Mançester Yunayted"dən "Benfika"ya

"Mançester Yunayted"in müdafiəçisi Alvaro Fernandes karyerasını "Benfika"da davam etdirəcək.

Newsport.az “O Jogo”ya istinadən xəbər verir ki, Portuqaliya klubu bu futbolçunu yanvarda mövsümün sonuna qədər almaq opsiyonu ilə icarəyə götürüb.

Artıq tərəflər arasında müqavilənin imzalandığı bildirilir.

2003-cü il təvəllüdlü futbolçu 2022-ci ildən “Mançester Yunayted”də oynayır. O, “Preston”, “Qranada” klublarında icarə əsasında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right