"Səbail"in Rusiya klubu ilə oyununun vaxtı məlum oldu

“Səbail” sabah qış təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv  Rusiya Premyer Liqası təmsilçisi “Fakel”lə qarşılaşacaq. Matç yerli vaxta 17:00-da (Bakı vaxtı ilə 18:00), “Miracle Resort” hotelinin idman mərkəzində keçiriləcək.

Qeyd edək ki, "Səbail" Antalya toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq görüşündə Rumıniyanın "Universitatea Kluj"la qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right