Van Qaal: "Getdiyim hər yerdə mükafatlar qazanmaq üçün..."

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal həmkarı Arsen Venqer haqda fikirlərini səsləndirib.

Newsport.az-ın məlumatına görə, bazar günü "Arsenal"la qarşılaşacaq van Qaalın komandası "topçular"la oyuna xüsusi hazırlaşır.

Britaniya mətbuatının yazdığına əsasən, "qırmızı şeytanlar"ın çalışdırıcısı Arsen Venqeri böyük məşqçi adlandırıb:

"Arsen Venqer böyük məşqçidi, amma düşünmürəm ki, o "Arsenal"daki missiyasını tamamlayıb. Mən belə məşqçi deyiləm. Getdiyim hər ölkədə yalnız mükafata görə komanda qururam. Bunu Hollandiya, İspaniya və İngiltərəyə aid etmək olar. Bir məşqçinin əsas məqsədi mükafatlar olmalıdı"

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right