Toğrul Erat oynamadı, "Fortuna" darmadağına üzüldü

Almaniya ikinci Bundesliqasında 10-cu turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisi səfərdə "Kayzerslautern"lə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu mövsüm daha çox "Fortuna"nın U-23 komandasının heyətində meydana çıxan Toğrulun adı əsas komandanın ilk 18-liyində yer alsa da, o, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right