"Tottenhem" Erik Dayerin mövqeyinə 21 yaşlı futbolçu aldı

“Tottenhem” heyətinə yeni oyunçu cəlb edib.

Newsport.az xəbər verir ki, London klubu “Cenoa”nın mərkəz müdafiəçisi Radu Drequşini transfer etdiyini rəsmən açıqlayıb.

Rumıniya millisinin üzvü ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. 21 yaşlı futbolçu Premyer Liqa təmsilçisində 6 nömrəli formanı geyinəcək. Bu transferə görə İtaliya klubuna 30 milyon avro ödənilib.

Xatırladaq ki, "Tottenhem" bugünlərdə mərkəz müdafiəçisi Erik Dayeri "Bavariya"ya satıb. Radu məhz onun yerinə heyətə cəlb edilib.

Qeyd edək ki, Radu Drequşin bu mövsüm “Cenoa”nın heyətində bütün turnirlərdə 22 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right