Qazaxıstanda legioner limiti ləğv olundu

Qazaxıstan Premyer Liqasında 2024-cü il mövsümündən legionerlərə olan limit ləğv olunub.

Newsport.az xəbər verir ki, bunu Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulov deyib. 

Lakin meydanda eyni anda 11 əcnəbi yer ala bilsə də, sifariş ərizəsində 25 futbolçudan 13-ü yerli olmalıdır. Məlumat üçün vurğulayaq ki, ötən mövsüm meydanda 7, sifariş ərizəsində isə 8 əcnəbi ola bilərdi. 

Bu qərardan sonra erməni futbolçular da legioner statusu daşıyacaq. Qeyd edək ki, onlar ötən mövsüm Qazaxıstan Premyer Liqasında legioner hesab olunmurdular. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right