Superkubok finalında “El Klasiko” olacaq

İspaniya Superkuboku uğrunda sonuncu finalçı müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu gün baş tutan sonuncu yarımfinal görüşündə “Barselona” və “Osasuna” komandaları üz-üzə gəliblər.

Kataloniya təmsilçisi inamlı qələbə sayəsində “Real”a rəqib olub.

Əzəli rəqiblər yanvarın 14-də həlledici oyunda üz-üzə gələcəklər.

İspaniya Superkuboku
Yarımfinal
10 yanvar

Barselona – Osasuna 2:0
Qollar: Levandovski, 59. Yamal, 90+3.