İngiltərə millisinin sabiq baş məşqçisi xərçəng xəstəliyinə tutuldu

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Göran Eriksson sağalmaz xərçəng xəstəliyinə tutulub.

Newsport.az xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssis öz açıqlamasında bildirib. O deyib: 

“Ən yaxşı halda bir il ömrüm qalıb. Ən pis halda isə daha az. Amma söz verirəm ki, bacardığım qədər mübarizə aparacağam".

Eriksson İngiltərə yığmasının tarixində ingiltərəli olmayan ilk məşqçidir. O, 2001-2006-cı illərdə yığmaya rəhbərlik edib.

Eriksson ən böyük uğurunu "Latsio"nun baş məşqçisi kimi əldə edib. Onunla klub tarixində 2-ci İtaliya çempionluğunu, eləcə də 2 İtaliya kubokunu qazanıb. Bundan əlavə, mütəxəssis “Roma”, “Benfika” və “Sampdoriya”nı çalışdırıb. Onun son iş yeri Filippin millisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right