Drequşin üçün iki cəlbedici təklif

Radu Drequşin iki klubun maraq dairəsindədir. “Cenoa” ona görə eyni vaxtda fərqli rəsmi təkliflər alıb.

Newsport.az xəbər verir ki, 21 yaşlı rumın mərkəz müdafiəçisinin İtaliya klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi var. Amma göstərdiyi oyuna görə nəhənglərin onu transfer edəcəyi şübhə doğurmur.

“Tottenhem” Radu üçün 25 milyon avro transfer haqqı, əlavə olaraq 5 milyon avroluq bonuslar təklif edib. “Cenoa” razılaşsa, londonluların oyunçusu Ced Spens də mövsümün sonunadək italiyalılara icarə əsasında xidmət edəcək.

“Bayern”in təklifi gizli saxlanılır, amma münhenlilərin “Tottenhem”dən daha yaxşı şərtlər irəli sürdüyü bəllidir. Qərarı isə futbolçu özü verməlidir. Məhz şəxsi müqavilə məsələdə önəmli rol oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right