Mahir Emrelinin klubu yeni hücumçu transfer etdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” yeni oyunçu alıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kosovolu hücumçu Arber Hoca heyətə cəlb olunub.

25 yaşlı futbolçu Xorvatiyanın “Slaven” klubundan transfer edilib.

“Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç bir müddət əvvəl verdiyi açıqlamasında komandasının hücum xəttindən narazılığını bildirmişdi. Mahir Emrelinin isə Zaqreb klubunda az şans qazandığı üçün komandadan ayırlacağı haqda xəbərlər yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right