Vernerin “Tottenhem”ə keçidi rəsmiləşdi

“Tottenhem” “Leypsiq”in hücumçusu Timo Verneri bu mövsümün sonuna kimi icarəyə götürüb.

Newsport.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin saytı məlumat yayıb.

27 yaşlı Timo yeni klubunda 16 nömrəli formanı geyinəcək.

“Tottenhem”in yayda Almaniya millisinin oyunçusunu 18 milyon avro ödəyərək birdəfəlik almaq hüququ var.

Verner bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right