“Sevilya” onlardan birini seçəcək

Yanvarda heyətini ciddi şəkildə gücləndirmək üçün əməli addımlar atan “Sevilya” seçim edir. Əndəlüs klubu müdafiənin sol cinahı üçün iki namizədi müzakirə edir.

Newsport.az xəbər verir ki, Serxio Regilon və Xavi Qalandan biri “Sevilya”ya keçəcək. “Aston Villa” və Səudiyyə Ərəbistanı klublarının israrla almaq istədiyi Markos Akunyanın gedişindən sonra klub rəhbərliyi əldə olunan gəliri bu mövqeyə transferə yönəltmək niyyətindədir.

Regilon “Mançester Yunayted”dən bir neçə gün öncə ayrılıb. İcarədə olan futbolçu 2025-ci ilin yayınadək müqavilə lə bağlı olduğu “Tottenhem”ə dönüb. Qalan isə “Atletiko”dakı durumundan məmnun deyil və vidalaşmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right