Əfsanəvi futbolçu dünyasını dəyişdi

Futbol üzrə dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib.

Newsport.az xəbər verir ki, o, Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.

O, həmçinin bir neçə dəfə Almaniya çempionatının və kubokunun, 3 dəfə isə Çempionlar Kubokunun qalibi olub.

Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə "Qızıl top"u qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right