Millinin məşqçisi "Qarabağ"ın qapıçısı haqda: "Klubunda əla performans nümayiş etdirir"

Rusiya milli komandasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun uğurlu çıxışı haqda danışıb.

Newsport.az-ın məlumatına görə, “РИА”ya açıqlama verən təcrübəli mütəxəssis Ağdam klubunun futbolçusu barədə bunları deyib:

"Ölkə xaricində çıxış edən daha çox hansı qapıçımızı yaxından izləyirik? Bütün qapıçılarımızı diqqətdə saxlayırıq. Andrey Lunyovun Avropa Liqasının qrupunda ikinci yeri tutaraq pley-off mərhələsinə yüksələn "Qarabağ"da əla performans nümayiş etdirir. Qısa müddət ərzində o, fanatların sevimlisinə çevrildi”.

Qeyd edək ki, Andrey Lunyov mövsümün əvvəlində "Qarabağ"a keçib. Onun Ağdam klubu ilə müqaviləsi mövsümün sonunda başa çatsa da, Azərbaycan çempionu onun müqavilə müddətini bir illik artıra bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right