Santos “Roma”nın futbolçusunu “Beşiktaş”a gətirir?

İcarə əsasında “Roma”da çıxış edən Renatu Sanşeş “Beşiktaş”a keçə bilər.

Newsport.az-ın məlumatına görə,bu barədə Adrien Qrenye məlumat verib.

Məlumata görə, PSJ rəhbərliyi portuqaliyalı futbolçunu icarədən qaytararaq başqa komandaya göndərmək niyyətindədir. 26 yaşlı futbolçu ilə İstanbul klubu maraqlanır.

Bu mövsüm Sanşeş “Roma”nın heyətində cəmi 9 oyunda meydana çıxıb və 1 qol vurub. Onun Paris klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Yarımmüdafiəçinin təqribi qiyməti 10 milyon avrodur.

Xatırladaq ki, PSJ-nin digər futbolçusu Marko Asensionun da komandadan gedişi gözlənilir. İspan yarımmüdafiəçi oyun praktikasının azlığından şikayət edərək “Real Sosyedad”a keçmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right