“Barselona”nın Villian planı

“Barselona” Estevao Villianı heyətinə qata bilər. İspaniya nəhəngi brazilyalı üçün danışıqlara başlayıb.

Newsport.az xəbər verir ki, futbolçu özü də ispan klubunun heyranıdır. Lakin indiki halda transferin reallaşması çətin görünür. “Barselona”nın hazırkı maliyyə durumu keçidi mümkünsüz edir.

Bununla belə, Estevaonun ailəsi də transferin reallaşması üçün çalışır. Onlar “Palmeyras”ı 2025-ci ilin yayınadək səbr etməyə, başqa klubla danışıq aparmamağa razı salıb. Məhz həmin vaxt Villianın 18 yaşı tamam olacaq.

“Kruzeyro” yetirməsi olan, 2021-ci ilin mayında “Palmeyras”a keçən sağ kənar hücumçusunun transfer dəyəri 10 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right