Ötən ilin çempionat oyunlarında çıxış etmiş ən yaşlı futbolçular

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə yüksək liqa qarşılaşmalarında iştirak etmiş ən yaşlı oyunçuların adlarını açıqlayıb.

Newsport.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Farer adalarının “Ki Klaksvik” komandasının qapıçısı Geza Turi qərarlaşıb.

Qolkiper mayın 14-də “HB Torshavn” ilə görüşdə (1:0) meydana çıxıb. Həmin vaxt macarıstanlı oyunçu 49 yaş 64 günündə olub.

İkinci sırada Bolqarıstanın “Slaviya” (Sofiya) klubunun “çərçivə qoruyucusu” Georgi Petkov (47 yaş, 222 gün) yer alıb. O, oktyabrın 22-də “Hebar”a uduzduqları (0:1) qarşılaşmada iştirak edib.

İlk “3-lüy”ü Honkonqun “Resources Kapital” kollektivindən Ho Kvok Çuen (46 yaş, 76 gün) qapayır. Qolkiper “HK U23” ilə matçda meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right