“Leypsiq” gənc futbolçunu heyətinə qatdı

Qış transfer pəncərəsinin açılmasına baxmayaraq , keçidlər elə də intensiv deyil. Ənənəvi olaraq “pəncərə”nin bağlanmasına bir neçə gün qalmış aktivlik artacaq.

Hazırda klublar əvvəlcədən planlaşdırdığı və danışıqlar apardığı oyunçuların keçidini həll edir. Bunlardan da birini “Leypsiq” klubu gerçəkləşdirib.

Almaniya təmsilçisi Dino Klapiyanı heyətinə qatıb. Futbolçunun cəmi 17 yaşı var. O, Xorvatiyanın “Kustoşiya” komandasında çıxış edir. Gənc futbolçuya görə almanlar 5,2 milyon avro ödəyəcəklər. Müqavilənin şərtlərinə əsasən, gələcək transferlər zamanı daha 10% Xorvatiya klubunun büdcəsinə köçürüləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right